Ötən gecə paytaxtın bütün magistral yollaraında görünməmiş tıxac yaşanıb.
Qaynar.info musavat.com-a istinadən xəbər verir ki, hətta, nazir də tıxacda qalıb. Modern.az saytı xəbər verir ki, Gəncədə açılışa qatılan nəqliyyat naziri Ziya Məmmədov dünən axşam paytaxta qayıdırmış.
Bakıya çatan Ziya Məmmədov böyük tıxacla qarşılaşıb. Belə ki, o, bir saata yaxın tıxacda gözləməli olub. Nazir “liter” qatarı ilə Bakıya qayıdarkən Biləcəri stansiyasında qalıb. Naziri qarşılamağa gedən kortej tıxacda ilişib.
Buna görə də nazir Ziya Məmmədov bir saata yaxın qatarda gözləməli olub. Qaynar.info