Ekonomiks 17:56 27.07.2023

Ziya Məmmədovun bankı Vasif Talıbova məxsus olmuş şirkəti məhkəməyə verdi

Ləğv prosesində olan "Bank of Azerbaijan” ASC "Cahan-Motors” MMC-ni məhkəməyə verib.

Qaynarinfo xəbər verir ki, bankın iddiası Naxçıvan Muxtar Respublikası (MR) Kommersiya Məhkəməsinin hakimi Elşən Salmanovun icraatındadır. 

İşin mahiyyəti kredit müqaviləsi üzrə mübahisələrdən ibarətdir. 

"Bank of Azerbaijan” ASC keçmiş nəqliyyat naziri Ziya Məmmədovun bankı kimi tanınıb. Ziya Məmmədov yola salındıqdan sonra bank da müflisləşib.

"Cahan Motors” MMC isə "Cahan Holdinq”in törəmə şirkətidir. "Cahan Holdinq” Naxçıvan MR Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun kimi tanınıb. Vasif Talıbovun istefasından sonra onun biznes obyektləri, o cümlədən "Cahan Holdinq” əlindən çıxıb. Hər halda bu barədə mediada kifayət qədər məlumat yayılıb və bu xəbərlər təkzib olunmayıb. 

Seyid