Xəbər lenti

Ziya Məmmədovun “Kurtlar Vadisi”ndəki böyük “pususu”
Ölkə04:24 01.07.2014

Ziya Məmmədovun “Kurtlar Vadisi”ndəki böyük “pususu”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan nazirinin məşhur serialda vurulmasının şok sirri; Anar Məmmədovun “Polat Alemdar”ı necə satın almasına dair sensasion bilgilər əldə olundu; “Rusiyanın adamı Kəmaləddin” obrazının izlənmə rekordu qıran türk serialına salınması sifarişini nəqliyyat nazirinin oğlu veribmiş

Türkiyədə və Azərbaycanda böyük maraqla qarşılanan, illərdir izlənmə rekordu qıran “Kurtlar Vadisi Pusu” serialının 213-cü bölümündə Azərbaycanda Kəmaləddin adlı şəxsin öldürülməsi epizodu hələ də müzakirə mövzusu olaraq qalır. Aylar öncə yayımlanan bu bölümdə serialın qəhrəmanı Polat Ələmdar Kara adlı əməliyyatçını “İxtiyarlar”ın Azərbaycandakı nümayəndəsini öldürən şəxsi və bu qətlin sifarişçisini tapmaq üçün Bakıya göndərir.

Bakıda Karaya bildirirlər ki, “İxtiyarlar”ın nümayəndəsini Rusiya mafiyasına onların Azərbaycandakı adamı Kəmaləddin adlı şəxs satıb.  Serialdakı bəzi əlamətlər və Kəmaləddin adlı şəxsin təsviri bu  obrazın fövqəladə hallar naziri Kəmaləddin Heydərov olduğuna dair mülahizələrə yol açdı.
SerialdaKəmaləddin obrazının təsvirindən və onunla bağlı verilən məlumatlardansonra Kara həmin şəxsi öldürmək üçün hazırlıqlara başlayır və bundansonra olayların baş verdiyi ərazinin K.Heydərovun kurasiyasında olduğubildirilən Qəbələnin relyefinə bənzədiyi açıq-aşkar görünür. Karanınhəyata keçirdiyi əməliyyat nəticəsində Kəmaləddin həmin ərazidə onaməxsus olan “Limonad su zavodu”nda öldürülür. Serialdakı bu epizoda da Kəmaləddin adlı şəxsin prototpinin əslində kim olduğuna açıq işarəvurulur.
Qeyd edək ki, hər dəfə “Kurtlar Vadisi Pusu”dakıhadisələrin uydurma, serial rəhbərliyinin təxəyyülünün məhsulu olduğubildirilsə də, sirr deyil ki, bu serial vasitəsilə cəmiyyətə bir sırasiyasi mesajlar ötürülür, ola biləcək hadisələrin təxmini anonsuverilir.
Serialınsözügedən bu bölümlərində baş verən hadisələr, öldürülən Kəmaləddinadlı şəxsin K.Heydərovun prototipi olması və fövqəladə hallar nazirininbu serialda  vurulmasının səbəbləri ilə bağlı indiyədək çoxsaylıversiyalar səsləndirilib.  Bu mövzu hələ də Azərbaycan cəmiyyəti üçünmaraqlıdır və “Yeni Müsavat”a məsələni daha da aktual edəcək sensasionməlumatlar daxil olub.
Həmin məlumatdabildirilir ki, K.Heydərov “Kurtlar Vadisi Pusu”da sırf Azərbaycandanverilən sifariş əsasında vurulub.  Çox mötəbər mənbələrdən gələnməlumatda sifarişi verən tərəf kimi K.Heydərovla münasibətləri gərginolan nəqliyyat naziri Ziya Məmmədovun və oğlu Anar Məmmədovun adıçəkilir.
Məlumatdacidd-cəhdlə iddia olunur ki, “Kurdlar Vadisi Pusu”ya “Rusiyanın adamıKəmaləddin” obrazını Anar Məmmədov saldırıb.  Nəqliyyat nazirinin bunaTürkiyənin sənət dünyasındakı dostlarının dəstəyi ilə nail olduğu vəbunun üçün külli miqdarda para xərclədiyi bildirilir. A.Məmmədovillərdir böyük paralar xərclədiyi Türkiyənin sənət adamları vasitəsilə“Kurtlar Vadisi Pusu”nun baş qəhrəmanı olan Polat Alemdar obrazınıcanlandıran Necati Şaşmazla bu barədə anlaşma əldə edib.  Kəmaləddinobrazı, onun Rusiyanın adamı kimi təqdim edilməsi və öldürülməsiepizodları da məhz bundan sonra seriala yol tapıb.
Onuda qeyd edək ki, əvvəllər Necati Şaşmazla K.Heydərov və oğlu TaleHeydərov arasında xoş münasibətlər olub. Hətta N.Şaşmaz başda olmaqla,“Kurtlar Vadisi Pusu”nun bəzi aktyorları Qəbələdəki “Qafqaz” hotelindəistirahət ediblər.
Sonradan isə nə baş veribsə,N.Şaşmaz A.Məmmədovun K.Heydərovun vurulması sifarişini qəbul edərək buepizodun “Kurtlar Vadisi Pusu”ya salınmasını reallaşdırıb.
Xatırladaqki, “Yeni Müsavat” indiyədək dəfələrlə Azərbaycanın yüksək vəzifəli birsıra məmurların bir-birinə qarşı kompromat savaşlarını ölkənin xaricinədaşıması barədə məqalələr dərc edib. Həmin məqalələrdə dəqiqliyi şübhədoğurmayan məlumatlar əsasında bildirilirdi ki, bunun üçün bir çoxxarici KİV-lərə və fondlara ayrı-ayrı məmurlar haqda kompromatlarötürülür, onların tirajlanması  üçün külli miqdarda paralar xərclənir.
İndibəlli olur ki, “Kurtlar Vadisi Pusu”ya Kəmaləddin obrazının salınması,onun Rusiyaya bağlı olması görüntüsünün yaradılması da məmurlarınxaricdə apardıqları kompromat savaşının tərkib hissəsidir.  
MəmmədovlarınK.Heydərovu vurdurmaq üçün “Kurtlar Vadisi Pusu”nu seçməsi isə buserialın Türkiyə ilə yanaşı Azərbaycanda da rekord sayda izlənilməsi, buserialdakı epizodların geniş müzakirələrə səbəb olması, uzun müddətyaddaşlarda qalması və ən müxtəlif məqamların cəmiyyətə ötürülən ciddisiyasi mesajlar kimi qəbul edilməsidir. Bu baxımdan bu hadisəniZ.Məmmədovun “Kurtlar Vadisi”ndə K.Heydərova qurduğu böyük “pusu” kimidə qiymətləndirmək olar.
//musavat.com