Xəbər lenti

Ziya Məmmədovun qardaşı danışdı: "Yorulmuşam..."
Ölkə13:24 16.05.2014

Ziya Məmmədovun qardaşı danışdı: "Yorulmuşam..."

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı İldırım Məmmədovun 19 yaşında bir oğlu var, o da 2 ildir ki, Türkiyədəki universitetlərdən birində təhsil alır və orada yaşayır.

Qaynar.info xəbər verir ki, bu barədə “Axar.az”-a Məmmədovlar ailəsinə yaxın olan şəxslərdən biri məlumat verib. Onun sözlərinə görə, hüquq müdafiəçisi Vidadi İsgəndərlinin onu hədələməkdə günahlandırdığı İldırım Məmmədovun oğlu uzun zamandır Azərbaycana gəlmir: “İldırım müəllimin Zaur Məmmədovdan başqa oğul övladı yoxdur. Zaur Məmmədov da Türkiyədə yaşayır və hazırda oradadır. İki ildir ki, Türkiyə universitetlərindən birində təhsil alır. İmtahan ərəfəsi olduğu üçün çoxdandır, Bakıya gəlmir. Ona görə də Zaur Məmmədovun Vidadi İsgəndərlini hədələməsi inandırıcı deyil”.

 Məsələ ilə bağlı İldırım Məmmədovla əlaqə yaratmaq mümkün olmasa da, onun deputat qardaşı Elton Məmmədov “Axar.az”-a bildirib ki, artıq belə böhtanlara cavab verməkdən yorulub: “Əsassız ittihamlara cavab verməkdən yorulmuşam. Qardaş da, qardaşoğlu da mənimdir. Heç bu məsələdə Zaurun adının hallanmasından İldırımın xəbəri yoxdur”.

E.Məmmədov qeyd edib ki, bütün bunlara aydınlıq gətirmək üçün həftənin birinci günü jurnalistlərlə görüş keçirəcək: “Həftənin birinci günü bütün mətbuat işçilərini görüşə dəvət etmişəm. Orada hər şeyə aydınlıq gətiriləcək”.

Qeyd edək ki, hüquq müdafiəçisi Vidadi İsgəndərli ona qarşı həyata keçirilən hədələmə kampaniyasının arxasında Ziya Məmmədovun qardaşı İldırım Məmmədovun oğlunun dayandığını iddia edib.

Qaynar.info