Xəbər lenti

Ziya Məmmədovun qardaşı qızının ölümü ilə bağlı rəsmi məlumat
Ölkə10:15 29.08.2014

Ziya Məmmədovun qardaşı qızının ölümü ilə bağlı rəsmi məlumat

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Daxili İşlər Nazirliyi Xaçmazda baş vermiş ağır yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

Qaynar.info-nun nazirliyin rəsmi saytına istinadən verdiyi məlumatına görə, avqustun 28-də saat 01:00 radələrində Xaçmaz rayonu ərazisində Quba şəhər sakini Ramiz Almazov idarə etdiyi “KİA” markalı avtomobili at arabasına vurub. Daha sonra onun idarə etdiyi minik maşının eyni istiqamətdə hərəkətdə olan Köhnə Xaçmaz kənd sakini Məhərrəm Cəbiyevin idarə etdiyi “KamAZ”a çırpılıb.

Qəza nəticəsində R.Almazovun sərnişini - Bakı şəhər sakini Günay Ələsgərova hadisə yerində ölüb. Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, qəzada dünyası dəyişən G.Ələsgərova nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Loğman Məmmədovun qızıdır.

Qaynar.info