Xəbər lenti

Ziya Məmmədovun qoçuları dava saldı - FOTO
Ölkə07:58 17.06.2014

Ziya Məmmədovun qoçuları dava saldı - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün səhər saatlarında metronun “20 Yanvar” stansiyasının qarşısında nəqliyyat müfəttişləri ilə taksi sürücüsü arasında qarşıdurma yaşanıb. 

Axar.az-ın verdiyi məlumata görə, nəqliyyat “qoçuları” sürücü ilə mübahisə ediblər. Ondan tələb olunub ki, taksini ərazidə saxlamasın. Müfəttişlər sürücüdən qeyri-rəsmi rüsum istəyiblər. 

Sonra mübahisə qızışıb, qəzəblənmiş sürücü maşının baqajından taxta parçası götürərək müfəttişlərin üzərinə hücum çəkib. Sürücünün canını boğaza yığan müfəttişlər geri çəkilərək xidməti maşına oturublar. Ətrafdakılar isə sürücünü sakitləşdirməyə çalışıb. 

Ancaq az sonra yenidən dava başlanıb, müfəttişlər bu dəfə sürücünün köynəyindən yapışaraq zorla yolun əks tərəfinə - “Azərsu” ASC-nin binasına doğru aparıblar. Burada da mübahisə davam edib.