
"Holdinqin əsas məqsədi və qayəsi bu ziyanla işləyən şirkətlərdə ciddi təmizləmə işlərinin aparılmasıdır".
BunuQaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli İnvestisiya Holdinqinə verilən dövlət qurumlarından danışarkən deyib. Onun sözlərinə görə, ilkin olaraq holdinqə daxil edilən dövlət şirkətlərində ciddi audit yoxlamaları aparılmalıdır:
Natiq Cəfərli bildirib ki, dövlət dübcəsindən dotasiya almayacaqlarsa, bu dotasiyanı qiymətlərin artırılması yolu ilə deyil, xərclərin azaldılması yolu ilə aradan qaldırılmasına çalışılmalıdır:
"Biz "Azərsu"da gördük ki, ilk atılan addım qiymət artımı oldu. Düşünürəm ki, bu praktikadan imtina etmək lazımdır.İnvestisiya Holdinqinin əsasnaməsinə uyğun olaraq ciddi audit yoxlamalarının və bu şirkətlərdə olan problemlərin üzə çıxarılmasının zamanı çoxdan çatıb".
Qeyd edək ki, Prezident İlham Əliyevin Fərmanı ilə ötən il avqustun 7-də Azərbaycan İnvestisiya Holdinqi” publik hüquqi şəxs yaradılıb və Holdinqin nizamnaməsi təsdiq edilib.
Azərbaycan İnvestisiya Holdinqinin (AİH) idarəetməsinə verilən şirkətlər bunlardır: "Azərbaycan Hava Yolları” QSC, "Azərbaycan Dəmir Yolları” QSC, "Bakı Metropoliteni” QSC və Bakı Nəqliyyat Agentliyinin tabeliyindəki "BakuBus” MMC.
Bundan əlavə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, "AzerGold” QSC, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC AİH-nin idarəetməsinə daxil edilib.