Münsiflər heyəti "Mançester Siti"nin keçmiş müdafiəçisi Benjamin Mendiyə qarşı iki zorlama faktı üzrə ittihamları ləğv edib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Manchester Evening News" məlumat yayıb.
Fransız futbolçu 2020-ci ilin oktyabrında zorlama cəhdində və 2018-ci ilin oktyabrında bir zorlama hadisəsində təqsirli bilinməyib.
Hökm elan edildikdən sonra 28 yaşlı futbolçu emosiyalarını saxlaya bilməyib və məhkəmə zalında göz yaşlarına boğulub.
2023-cü ilin yanvarında məhkəmə Mendini yeddi cinsi zorakılıq maddəsi üzrə təqsirsiz hesab ediv: 2022-ci ilin sentyabrında fransız müdafiəçi 2021-ci ilin iyulunda baş verdiyi iddia edilən 19 yaşlı qızın zorlanmasına cəhd işində bəraət alıb.
Mendi son peşəkar matçını 2021-ci ilin avqustunda keçirib.
Aydın