Xəbər lenti

Zorlanan məktəbli qızın anasından Baş Prokurorluğa AĞIR İTTİHAM
Ölkə10:00 25.09.2013

Zorlanan məktəbli qızın anasından Baş Prokurorluğa AĞIR İTTİHAM

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu ilin yanvar ayında Zərdab rayonu Alıcanlı kəndində məktəbli qızın ana olması faktı ölkə ictimaiyyətində böyük rezonansa səbəb olmuşdu.

AzNews.az-ın əldə etdiyi məlumata görə, həmin hadisə ilə bağlı açılmış cinayət işi məsələnin ictimailiyi nəzərə alınaraq, Zərdab rayon Prokurorluğundan alınıb, Respublika Baş Prokurorluğuna həvalə edilib. Xatırladaq ki, bu hadisənin üstü açılanda məlum olmuşdu ki, məsələni araşdıran Zərdab rayon hüquq-mühafizə orqanları işə səhlənkar yanaşırlar və cavabdeh şəxsləri məsuliyyətə cəlb etmək fikrində deyillər. Məhz elə bu səbəbdən də iş rayon prokurorluğundan alınaraq, Baş Prokurorluğa verilib. Əldə etdiyimiz məlumata görə, məktəbli qızı zorlamaqda ittiham olunan İ.İsmayılovun cinayət işi ilə bağlı Baş Prokurorluqda dindirmələr aparılıb. Amma cinayət işi hələ də məhkəməyə göndərilməyib. Məktəbli qızın anası K.İsmayılova AzNews.az-a açıqlamasında iddia edir ki, baş verən hadisənin üstü Ağır Cinayətlərə Dair İstintaq İdarəsi tərəfindən örtülür.

K.İsmayılova məsələ ilə bağlı prezident İlham Əliyevdən kömək istəyib:

“8 aydır, bu iş Zərdabdan alınıb, Respublika Baş Prokurorluğuna göndərilib, amma işə baxmırlar. Qızımı zorlayan adam bütün günü gözümün qarşısında o tərəf-bu tərəfə gedir, ağzına gələni danışır. Deyirlər ki, işi bağlayıblar. Heç kim maraqlanmır. Bu məni ana kimi narahat edir. Mən ölkə başçısı İlham Əliyevə təcili teleqram vuracam ki, Baş Prokurorluq mənim qızımın cinayət işinə baxmaq istəmir”.

Xatırladaq ki, Zərdab rayon Alıcanlı kənd sakini İ.İsmayılov Alıcanlı kənd məktəbinin şagirdini zorlamaqda ittiham olunurdu. Məktəbli qız isə bu zorlanma hadisəsindən uşaq dünyaya gətirib.

Qaynar.info