Xəbər lenti

Özündən 10 yaş kiçik sevgilisini polisə verdi - BAKIDA
Ölkə08:45 18.09.2016

Özündən 10 yaş kiçik sevgilisini polisə verdi - BAKIDA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı sakini evindən oğurluq edilməsi ilə bağlı polisə müraciət edib. 
Lent.az-ın məlumatına görə, Hövsan qəsəbəsində yaşayan 1960-ci il təvəllüdlü Muradova Balacaxanım Əkbər qızı polisə müraciət edərək bildirib ki, qeyri-rəsmi nikah münasibətində yaşadığı 1970-cı il təvəllüdlü Əzizov Eldar Nəbi oğlu onun evindən oğurluq edib. Qadın bildirib ki, E.Əzizov açar seçmə yolu ilə evdən televizor və telefon oğurlayıb.
Faktla bağlı araşdırma aparılır.
Qaynarinfo.Az