
“Prezident Administrasiyasından gələn nümayəndəyə, prokurorluq və polis əməkdaşlarına problemlərim haqda danışdım. Məni diqqətlə dinlədilər. Məsələni araşdıracaqlarını, şikayətimizə baxılacağını dedilər”.
Bunu virtualaz.org saytına açıqlamasında bu gün həyat yoldaşı ilə birgə özünü Prezident Administrasiyasının qarşısında yandıran Elçin Əlimuradoğlu deyib.
Bel nahiyəsinin və ayaqlarının daha çox yandığını deyən E.Əlimuradoğlu hazırda ona sistem qoşulduğunu və narahat olduğundan danışa bilmədiyini söylədi.
E.Əlimuradoğlu həyat yoldaşı Jalə Salahovanın vəziyyətinin daha ağır olduğunu və onun hələ də reanimasiyada saxlanıldığını da bildirdi.
Qaynar.info