Mobil telefon alqı-satqısı adı ilə dələduzluq etməkdə təqsirləndirilən şəxsə hökm oxunub.
Qaynarinfo-nun məlumatına görə, Xətai Rayon Məhkəməsində hakim Rafail Sadıxovun sədrliyi ilə Cinayət Məcəlləsinin 178.2.4-cü (Dələduzluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə mühakimə olunan Y.C. 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Onun ev dustaqlağındakı saxlanıldığı müddətdən cəzadan çıxılıb və Y.C. üzərində qəti olaraq 1 il 5 ay 18 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.
İş materiallarından aydın olur ki, Y.C. 28 may metrostansiyası ətrafında fəaliyyət göstərən və mobil telefon satışını həyata keçirən mağazada satıcı işləyib. Zərəçəkən O.R. isə onun müştərisi olub. Y.C. ona Dubaydan "iPhone 15 Pro Max" markalı telefon gətirib satmaq istədiyini, lakin bunun üçün pulu olmadığını deyib.
Y.C. bunu deyərkən zərəçəkənə birlikdə qazanc əldə etmək təklif edib. O.R. isə ona 4 ədəd telefonun pulunu verə biləcəyini deyib. Tərəflər razılaşdıqdan sonra O.R. Y.C-ya hissə-hissə 10 800 manat pul verib. Bundan sonra Y.C.-nı tapmaq mümkün olmayıb.
O.R. aldadılıdğını anlayaraq polisə şikayət edib. Y.C. şübhəli şəxs qismində saxlanılıb və ona Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ittiham elan edilib.
Məhkəmə istintaqı zamanı Y.C. elan olunmuş ittiham üzrə özünü təqsirli bildiyini deyib.
Seyid
Şərhlər