1924-cü ildə yoxa çıxan alpinist Endryu İrvinin qalıqları Everestin yamaclarında tapılıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "National Geographic” məlumat yayıb.
100 il əvvəl İrvin və Corc Mallori ilə birlikdə zirvəyə qalxmaq qərarına gəlib. 6 iyun 1924-cü ildə onlar 8170 metr hündürlükdəki düşərgəni tərk edivlər. Sonuncu dəfə iyunun 8-də zirvədən təxminən 240 metr aralıda görülüblər. Onların başına nə gəldiyi hələ məlum deyil.
Bu ilin oktyabrında Ronqbuk Mərkəzi Buzlaqında çəkmədə ayaq parçası aşkar edilib. Kimlik üzərində "E.K. İrwin" adı işlənmiş corab sayəsində müəyyən edilib.
Oktyabrın 11-də 18 yaşlı nepallı Şerpa Nima Rindji alpinizm tarixində dünyanın ən yüksək zirvələrinin ən gənc fəthçisi olub. Oktyabrın 9-da o, ortağı ilə mərkəzi Himalay dağlarında Şişabanqma dağının zirvəsinə qalxıb. Beləliklə, Rinji Everest və K2 də daxil olmaqla 14 səkkiz minlik zirvənin hamısına dırmaşıb.
Nimanın nailiyyətini Nepal Alpinizm Assosiasiyası təsdiqləyib. O, rəsmi olaraq zirvəni fəth edən bütün alpinistlərin ən gənci kimi tanınır. Nima cəmi iki il əvvəl 8000 metrlik zirvələrə qalxmağa başlayıb.
Aydın
Şərhlər