Xəbər lenti

102 erməni öldürən əfsanəvi komandir - VİDEO
Ölkə06:02 18.08.2014

102 erməni öldürən əfsanəvi komandir - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər fondunun maliyyə dəstəyi ilə “Addım” GİM ictimai birliyi “Müasir təbliğat” (filmlər) layihəsi çərçivəsində 741 saylı hərbi birləşmənin komandiri Məhərrəm Seyidovun şücaətli həyat yolu və döyüş qəhrəmanlığına həsr olunmuş “Amasiyadan olan unudulmuş qəhrəman” adlı sənədli film hazırlayıb.  
 
Film 20 il sonra təsadüf nətəicəsində üzə çıxan videokadrlar əsasında çəkilmişdir. Filmin rejisoru Elşən Rüstəmov, prodüseri isə Kamil Həmidovdur.
 
Filmin əsas məqsədi: Erməni işğalçılarına qarşı mübarizədə şəhid olmuş Məhərrəm Seyidovun qəhrəmanlıqları kontekstində dünya ictimaiyyətinə Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətləri yaymaqdan ibarətdir. Çəkilişlər zamanı İTV və ANS-in youtube sosial şəbəkəsində yerləşən videokadrlarından, həmçinin fotorepatyorların karabakh-doc.azerall.info saytında yerləşən materiallarından da da istifadə olunmuşdur.
 
“Addım” GİM ictimai birliyi  dəstəyə görə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər fonduna və filmin çəkilişlərində iştirak edənlərə, həmçinin Məhərrəm Seyidovun qohumlarına və yaxınlarına təşəkkür edir.

Qaynar.info