Xəbər lenti

14 abituriyentin imtahan nəticəsi ləğv edilib
Ölkə19:52 02.09.2020

14 abituriyentin imtahan nəticəsi ləğv edilib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən I və IV ixtisas qrupları üzrə 20-21 avqust 2020-ci il tarixlərində keçirilmiş qəbul imtahanlarının nəticələri elan edilib.
DİM-dən Qaynarinfo-ya verilən məlumata görə, abituriyentlərdən 14 nəfəri qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.
Bundan əlavə, imtahanda iştirak etmək üçün ərizə təsdiq etmiş 36140 abituriyentdən 3089 nəfəri imtahanda iştirak etməyib.