2005-ci il "Miss Turkiyə" birincisi, aktrisa və model Hande Subaşı 4 il əvvəl ailə qurduğu Can Tursandan boşanıb.
Bir müddətdir münasibətlərində gərginlik olan cütlüyün məhkəməsi baş tutub. Tərəflər bir-birindən heç bir maddi və mənəvi təzminat tələb etməyib. Handenin vəkili "İkisinin də dostluqları davam edir, heç bir mübahisə və küsülülük yoxdur" deyib.
15 dəqiqəlik davam edən məhkəmə bu dəfə yekun qərar qəbul edib. Boşanan cütlük salondna ayrı-ayrı çıxıblar. (axsam.az)
Qaynar.info