Amazon şirkətinin direktoru Ceff Bezos 15 dəqiqə ərzində 13 milyard dollar qazanıb.
Qaynarinfo xəbər verir ki, bu qazanc həmin 15 dəqiqə ərzində heç bir əməliyyat keçirmədədən əldə edilib. Heç bir xüsusi səy göstərmədən əldə edilən bu 13 milyard səhmlərinin dəyərində yaranan fərqdir. Qiymətli kağızların qiyməti Amazon rüblük qazanc hesabatını təqdim etdikdən sonra kəskin artıb.
"Blumberq”in məlumatına görə, şirkətin gəlirləri proqnoza nisbətən daha yüksək olub. Yayılan məlumatlar tənəzzül proqnozlaşdıran analitiklərin ehtimallarını darmadağın edib. Mütəxəssislər Amazonun səhmlərinin 4,11 dollar olacağını hesab etsə də, şirkətin bir qiymətli kağızı daha yüksək - 6.47 dollara yüksəlib.
Şirkətin qiymətli kağızlarının dəyəri artdıqdan sonra şirkətin 12 faizinə sahib Bazosun sərvəti 129 milyard dolları aşıb.
Ceff Bezos "Forbes”in reytinqində dünyanın ən varlı insanların reytinqində birinci yerdədir. 2019-cu ildə onun sərvəti 116 milyard dollar olaraq qiymətləndirilirdi.
Alpər