Xəbər lenti

150 həkimdən 70-i imtahandan kəsildi
Ölkə13:05 02.04.2013

150 həkimdən 70-i imtahandan kəsildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün həkimlərin  mərkəzləşdirilmiş qaydada keçrilən növbəti imtahanın nəticələri məlum olub. 

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, ümumilikdə 80 nəfər uğurlu nəticə göstərib. 70 nəfər isə uğur qazanmayıb.

Azərbaycanda həkimlərin mərkəzləşdirilmiş qaydada ilk imtahanı martın 28-də keçirilib. 

Qeyd edək ki, bu ildən etibarən “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə bağlı Səhiyyə Nazirliyi Kollegiyasının 18 yanvar 2013-cü il tarixli 3 nömrəli qərarına əsasən, Səhiyyə Nazirliyinin tabeçiliyində olan tibb müəssisələrində vakant elan edilmiş yerlərə həkimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada aparılır.

Qaynar.info