Bakıda aylıq maaşı 1800 manat olan xadimə çalışdığı evdən oğurluq etdiyi üçün saxlanılıb.
Qaynarinfo-nun məlumatına görə, saxlanılan şəxs - 1980-ci il tarixdə Ucar rayonu, Qarabörk kəndində anadan olmuş Fəzilə Kərimova (soyad şərti) barəsində Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə cinayət işi açılıb və iş məhkəməyə göndərilib.
Məhkəmədə məlum olub ki, Fazilə Kərimova 2 mart 2023-cü il tarixdən 7 aprel 2023-cü ilədək aylıq 1800 manata xadimə işlədiyi zərərçəkmiş Sona Rəsulovanın evindən pul və qızılları oğurlayıb.
Təqsirləndirilən şəxs Sona Rəsulovanın mənzilinin yataq otağının dolabından 500 manat, 2.400 dollar pulu, 100 manat dəyərində bir ədəd "Roman Mayan" markalı ətir və 240 manat dəyərində bir ədəd qızıl üzüyü oğurlayıb, zərəçəkənə ümumilikdə 4.920 manat məbləğində maddi ziyan vurub.
Məhkəmənin qərarı ilə Fəzilə Kərimova Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törətməkdə təqsirli bilinib və 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub.
Əhməd
Şərhlər