Xəbər lenti

2 minə yaxın vətəndaşa mülkiyyət sənədi verilib
Ekonomiks18:03 30.01.2015

2 minə yaxın vətəndaşa mülkiyyət sənədi verilib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ötən il Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 1600 vətəndaşa mülkiyyət sənədi verib. 
Report.az-ın Komitənin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu barədə 2014-cü ilin yekunlarına həsr edilmiş müşavirədə Dövlət Komitəsinin sədri Kərəm Həsənov deyib.

Onun sözlərinə görə, 2014-cü ildə Komitənin fəaliyyətində mərkəz xəttin informasiya texnologiyalarının, elektron xidmətlərin tətbiqini genişləndirmək, vətəndaşlara daha rahat və çevik xidmətlər təqdim etmək olub.

K.Həsənov deyib ki, 2014-cü il onlayn və ölkə üzrə mobil ofis xidmətlərinin tətbiq edilməsi ilə yadda qalıb: "Ötən il kampaniya çərçivəsində Saatlı, Şəmkir, Abşeron, Cəlilabad, Qəbələ və Şəkidə keçirilib və ümumilikdə 1600-ə yaxın vətəndaşın mülkiyyət sənədləri dövlət reyestrindən çıxarışlarla əvəz edilib".

Komitə sədri çıxışında dövlət başçısının daşınmaz əmlakın qeydiyyatı üçün tələb olunan sənədlərin siyahısını təsdiqləyən, 13 yanvar 2015-ci il tarixli fərmanına da toxunub. Bildirilib ki, bu fərmanla daşınmaz əmlakın qeydiyyatı ilə bağlı hüquqi təminat və qanunvericilik bazası daha da təkmilləşdirilib.


Qaynar.info