Xəbər lenti

20 il əvvəl Azərbaycan klubuna qol vurmuş qapıçı: "Hətta mən belə fərqləndim"
İdman14:05 05.01.2017

20 il əvvəl Azərbaycan klubuna qol vurmuş qapıçı: "Hətta mən belə fərqləndim"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Avrokuboklarda ən böyük hesablı məğlubiyyət acısı dadan klubumuz hazırda tarixin yaddaşına köçən Buzovna təmsilçisi "Xəzri” olub. Polşa təmsilçisi "Hutnik”ə ümumi hesabda 11:2 məğlub olan təmsilçimizlə ilk oyunda qapıçının fərqlənməsi diqqət çəkməyə bilməz. 

Qaynarinfo.Az xəbər verir ki, Krakovda keçirilən ilk matçda fərqlənən rusiyalı qolkiperi sportfm.az saytı tapıb. 52 yaşlı Sergey Şipovski həmin 2 görüş barədə danışıb: 

"1996/97 mövsümündə "Xəzri” Buzovna ilə səhv etmirəmsə, UEFA Kuboku çərçivəsində  qarşılaşırdıq. İlk matç sizin komanda üçün faciəyə çevrildi. Rəqibimizi Avropada debüt etməsinə peşman etdik. Hətta mən belə qol vurdum. 9:0 hesabı ilə qalib gəldiyimiz görüşdə 8-ci topu penalti ilə mən qapıdan keçirdim. Səfər oyununda isə sizin klubunuz toparlanmışdı və daha yaxşı mübarizə apararaq bizimlə 2:2 hesabı ilə bərabərə qaldı. Azərbaycanlıların heyətində bir neçə texnikalı futbolçu var idi. İndi adlarını xatırlamıram. Cavab matçında onlar bizə başağrısı oldu. Sonra biz "Siqma”nı (Çexiya komandası - red.) məğlub etdik. Bizi bu yarışdan  o dövrdə çox güclü olan "Monako” kənarlaşdırdı. Sonra fransızlar yarımfinala qədər irəlilədi”. 

Qeyd edək ki, rusiyalı sabiq qapıçı karyerasını bitirdikdən sonra Polşada qalaraq məşqçi kimi çalışır. O, 1996-cı ildə "Hutnik"lə Polşanın bürünc, 2001-ci ildə isə "Poqon"la gümüş medal qazanıb.

Qaynarinfo.Az