Xəbər lenti

20 illik sevgi: Cennifer Lopezlə Ben Afflek evlənir (FOTO)
Maqazin 18:14 10.04.2022

20 illik sevgi: Cennifer Lopezlə Ben Afflek evlənir (FOTO)

Hollivud ulduzları Cennifer Lopez və Ben Afflek yenidən nişanlanıb. Afflek sevgilisinə evlilik təklifi edib və ona böyük yaşıl brilyantlı üzük hədiyyə edib.

Qaynarinfo xəbər verir ki, Lopez bu barədə "On the Jlo” bloqunda bildirib.

"Həmişə deyirəm ki, yaşıl mənim xoşbəxtlik rəngimdir. Bəlkə də hansısa yaşıl paltarı xatırlayırsınız. Yaşıl geyinəndə həyatımda heyrətamiz şeylərin çox olduğunu anladım", deyə müğənni deyib.

Lopez və Afflek "Gigli"nin çəkiliş meydançasında tanış olublar. Süjetə görə, onlar sevgililər rolunu oynamalı idilər. Onlar təkcə çəkiliş meydançasında sevgili olmaqla kifayətlənməyərək real həyatda bunu davam etdiriblər. Cütlük 2002-ci ildə nişanlanıb. İki il sonra - pərəstişkarları dəbdəbəli toy mərasimi gözləyərkən ayrılıblar.

Bir müddət əvvəl onların birlikdə çəkilmiş fotoları sosial şəbəkədə yayılmağa başladı. Məlum olub ki, ulduzlar 20 il sonra yenidən bir aradadır. 

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->