Xəbər lenti

20 manatlıq şirkət 4 milyonluq tender uddu
Ekonomiks10:11 28.08.2023

20 manatlıq şirkət 4 milyonluq tender uddu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının keçirdiyi tender müsabiqəsinin qalibi "Leyla Medical Center” MMC olub.
Xəstəxana laboratoriya şöbəsinin yenidən təşkil olunması və standartlaşdırılması məqsədilə vətəndaşlara göstəriləcək laborator tibbi xidmətlərin satın alınmasına görə MMC-yə 4 milyon 80 min manat ödəyəcək.
Nizamnamə kapitalı 20 manat olan "Leyla Medical Center” MMC-nin hüquqi ünvanı Xətai rayonu, Yunis Səfərov, ev 19-da yerləşir.
MMC-nin qanuni təmsilçisi Vahabov Elnur Ramiz oğludur.//Yeniavaz.com