Xəbər lenti

20 qəpiyə görə sürücü işdən qovuldu - FOTO
Ölkə15:58 07.12.2016

20 qəpiyə görə sürücü işdən qovuldu - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

88 nömrəli marşrutun sürücüsü işdən azad edilib.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumatda bildirilib ki, buna səbəb nağdsız ödəniş sisteminin tətbiq olunmasına baxmayaraq, bu marşrut üzrə hərəkət edən 10 TH 401 dövlət nömrə nişanlı avtobusun sürücüsü gediş haqqını sərnişinlərdən nağd şəkildə qəbul edib.

“İstifadəçimizdən daxil olan şikayət və videofakt tərəfimizdən araşdırılmış və BNA-nın iradı əsasında daşıyıcı şirkət tərəfindən sürücü E.İsmayılov işdən azad edilib. Həmçinin, daşıyıcı şirkət tərəfindən əmək kollektivi ilə toplantı keçirilmiş, sürücülər sərnişindaşıma qaydalarına riayət edilməsi barədə təlimatlandırılıblar.

Qoyulmuş qaydalara əməl etmək ümumi məsuliyyətdir. Sürücü, sərnişin, daşıyıcı şirkət eyni qaydada öhdəlik daşıyır. BNA olaraq, bu kimi hallarla bağlı iradlarınızı, təklif və şikayətlərinizi səhifəmizdə və ALO141 - Nəqliyyatın Ümumi Çağrı Mərkəzində qəbul edirik”.(publika.az)

Qaynarinfo.Az