Akademik Musiqili Teatrda "Bir nəfəs qədər" tamaşası nümayiş olunacaq.
Qaynarinfo xəbər verir ki, tamaşa 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunur. Tamaşanın quruluşçu rejissoru Samir Qulamovdur.
Səhnə əsərini quruluşçu dirijoru və musiqi tərtibatçısı Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysteri Əməkdar artist Leyla Ağayeva, konsertmeysteri Kamil Həsənov, rejissor assistentləri Sevinc Məmmədova və Əmrah Dadaşovdur. Tamaşada Prezident təqaüdçüsü, gənc pianoçu Kamil Həsənovun fortepiano musiqisindən istifadə olunur. Tamaşada Əməkdar artist Nahidə Orucova, aktyorlar Gülnarə Abdullayeva, Gülcahan Salamova, Əmrah Dadaşov, Nəzrin İsmayılzadə, İbrahim Əlizadə, Səmədzadə Xasiyev, Hidayət Əliyev, Ofeliya Novruzqızı, Əli Kərimov, Murad Əliyev iştirak edəcəklər.
Bahar Rüstəmli