Xəbər lenti

20 yanvar hadisələri ilə bağlı  açılan cinayət işi bağlanacaqmı? (Deputatın şərhi)
Siyasət10:41 31.08.2022

20 yanvar hadisələri ilə bağlı  açılan cinayət işi bağlanacaqmı? (Deputatın şərhi)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
SSRİ-nin birinci və sonuncu prezidenti Mixail Qorbacov öldü. Artıq 20 yanvar qətliamında birbaşa əli olan sovet rəhbərliyindən sağ qalan bir nəfər də belə yoxdur.
Bu cinayət əməlində əli olan keçmiş sovet rəhbərləri Primakov, Bakatin, Yazov Qorbaçovdan əvvəl vəfat ediblər. Azərbaycanda bildiyimiz kimi, həmin qanlı hadisə ilə bağlı cinayət işi açılıb. Lakin indiyə kimi, cinayət işində adı hallanandan heç biri istintaqa cəlb edilməyib. Qorbaçovun ölümü ilə isə 20 yanvarı törədən həmin cinayətkarlardan artıq heç kim sağ qalmayıb.
Bu fonda 20 yanvarla bağlı cinayət işi bağlana bilərmi?
Məsələ ilə bağlı Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa bildirir ki, məsələ əvvəlki tək aktual olmasa da, sözügedən cinayət işi gündəmdə saxlanılmalıdır:
"Bu məsələni bağlamağa ehtiyac yoxdur. Bu həm də siyasi baxımdan Azərbaycanın iradəsini ifadə edən bir məsələdir. Ona görə də 20 yanvar hadisəsilə bağlı açılan cinayət işi bütün hallarda gündəmdə saxlanılmalıdır. Amma həmin məsələ əvvəlki kimi, aktual deyil. Çünki üzərindən illər keçib. Azərbaycan tam  müstəqil olub. Bu hadisənin sadəcə mənəvi dəyəri var. Xalq onu  mənəvi itki kimi onu qeyd edir. Lakin gələcəkdə onunla bağlı hansısa cinayət işinin açılması və kiminsə cəzalandırılmasının perspektivi yoxdur. Hətta qiyabi olaraq ölüm hökmü kəsilsə də belə, mənası yoxdur. Ona görə ki, cinayəti törədən iştirakçıların demək olar ki, hamısı artıq dünyalarını dəyişib”. 
Rüfət Sultan