Xəbər lenti

2015-ci ilin büdcə xərcləri açıqlandı – CƏDVƏL
Ekonomiks05:55 14.10.2014

2015-ci ilin büdcə xərcləri açıqlandı – CƏDVƏL

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Büdcə kəsiri - 1 milyard 662 milyon manat proqnozlaşdırılıb.

Azərbaycan Respublikasının 2015-ci il üzrə dövlət büdcəsində neft gəlirləri xam neftin 1 bareli üçün 90 ABŞ dolları ilə, manatın məzənnəsi isə 0,784 manat olmaqla hesablanıb.

Oxu.Az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin rəsmi saytında məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, 2015-ci ilin dövlət büdcəsinin gəlirləri 19 milyard 438 milyon manat, xərcləri isə 21 milyard 100 milyon manat proqnozlaşdırılıb. 

Gələn ilin büdcə kəsiri -1662 milyon manat proqnozlaşdırılıb.

Qeyd edilib ki, gələn ilin büdcəsində gəlirlər 2014-cü ilin proqnozu ilə müqayisədə 5,7 faiz, xərclər isə 5,2 faiz çoxdur.

Proqnozlara görə, 2015-ci ildə dövlət büdcəsinin gəlirlərində neft sektoru üzrə daxilolmalar 65,3 faiz, qeyri-neft sektoru üzrə daxilolmalar isə 34,7 faiz təşkil edəcək.

2015-ci ilin büdcə xərclərini əks etdirən cədvəli təqdim edirik:

Qaynar.info