Xəbər lenti

Prezident fərman imzaladı
Ölkə14:54 10.01.2017

Prezident fərman imzaladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2017-ci il büdcəsi haqqında fərman imzalayıb. Fərmanda deyilir: 
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2017-ci il büdcəsini formalaşdırmaq və Fondun valyuta vəsaitinin səmərəli idarə edilməsini təmin etmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2017-ci il büdcəsinin gəlirləri 8 370 589,8 min manat, xərcləri isə 14 483 856,0 min manat məbləğində təsdiq edilsin.
2. Müəyyən edilsin ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2017-ci il büdcəsinin gəlirləri aşağıdakı daxilolmalar hesabına formalaşır:

Sıra

№-si

Gəlir mənbələri

Gəlirlərin məbləği

(min manat)

2.1.

AzərbaycanRespublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalisgəlirlər (karbohidrogenlərin nəql edilməsi üzrə məsrəflər, bank, gömrükrəsmiləşdirilməsi, müstəqil nəzarət (sörveyer), marketinq və sığorta xərcləriçıxılmaq şərtilə, habelə Azərbaycan Respublikası Dövlət Neft Şirkətininsərmayəçiləri, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə vəya iştirak payına düşən gəlirlər istisna olmaqla)

7 550 705,3

2.2.

Karbohidrogenehtiyatlarının işlənməsi ilə əlaqədar sərmayəçilər tərəfindən müqaviləsahəsindən istifadə üçün ödənilən akrhesabı ödənişlər

3 465,0

2.3.

Neftin və qazınAzərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər

16 830,0

2.4.

Dövlət Neft Fondununvalyuta aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə ediləngəlirlər

799 094,6

2.5.

Neft-qaz sazişlərininimzalanması və ya icrası ilə bağlı sərmayəçilər tərəfindən ödənilən bonuslar

495,0

 

Cəmi

8 370 589,9

3. Müəyyən edilsin ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2017-ci il büdcəsinin xərcləri aşağıdakı məqsədlərə yönəldilir:

Sıra

№-si

Xərc istiqamətləri

Xərclərin məbləği

(min manat)

3.1.

Qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzitədbirlərin maliyyələşdirilməsi

90 000,0

3.2.

AzərbaycanRespublikasının 2017-ci il dövlət büdcəsinə transfertin yuxarı həddi

6 100 000,0

3.3.

Makroiqtisadisabitliyin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının MərkəziBankına transfertin yuxarı həddi 

7 500 000,0

3.4.

Samur-Abşeron suvarmasisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi

70 000,0

3.5.

Bakı-Tbilisi-Qars yenidəmir yolu layihəsinin maliyyələşdirilməsi

165 825,0

3.6.

“2007-2015-ci illərdəAzərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə  DövlətProqramı”nın maliyyələşdirilməsi

29 304,0

3.7.

Cənub Qaz Dəhlizilayihələrində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi

496 155,0

3.8.

AzərbaycanRespublikası Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər

32 572,0

 

Cəmi

14 483 856,0

4. “Azərbaycan Respublikasının Dövlət Neft Fondunun 2017-ci ildə idarə edilməsi ilə bağlı xərclər smetası” təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2017-ci ildə idarə edilməsi ilə bağlı xərclər smetası

Sıra

№-si

Xərclər

Kod

Məbləğ

 1.

Əməyin ödənişi

210000

6,872,008

 2.

Malların (işlərin və xidmətlərin)satın alınması

220000

5,004,640

 3.

Qrantlar və digər ödənişlər

260000

674,460

 4.

Təqaüdlər və sosial müavinətlər

270000

80,000

 5.

Digər xərclər

280000

13,814,792

5.1.

İcarə və muzdlu xidmətlər

281400

15,000

5.2.

Sair xərclər

282100

11,129,524

5.3.

Bank xərcləri

282300

2,670,268

 6.

Qeyri-maliyyə aktivlərininalınması

310000

6,126,100

 

Xərclərin cəmi

 

32,572,000

Qaynarinfo.Az