Xəbər lenti

Sürücülərin nəzərinə - Bu yol bağlanır
Ölkə15:29 04.08.2016

Sürücülərin nəzərinə - Bu yol bağlanır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Təmir-tikinti işləri ilə əlaqədar olaraq avqustun 4-dən 5-nə keçən gecə Bakı şəhərində Qara Qarayev prospektinin Naxçıvanski küçəsi ilə kəsişməsindən (8-ci km bazarı) Bəhruz Nuriyev küçəsi ilə kəsişməsinədək olan hissəsində (“Laçın” Ticarət Mərkəzi ) avtonəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunur.

"Azəravtoyol" ASC-dən verilən məlumata görə, həmin hissədə hərəkət intensivliyi nəzərə alınaraq aparılacaq təmir işlərinin qısa müddət ərzində yekunlaşdırılması nəzərdə tutulub.

Sürücülərə hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollar seçmək tövsiyə olunur.(report)

Qaynarinfo.Az