Xəbər lenti

Sabah bu rayonlarda qaz olmayacaq - DİQQƏT
Ölkə16:41 05.05.2016

Sabah bu rayonlarda qaz olmayacaq - DİQQƏT

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
“Azəriqaz” abonentlərə xəbərdarlıq edib.
Sabah Bakı şəhərinin Suraxanı, Sabunçu və Xəzər rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
Bu barədə Qaynarinfo.az-a İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Məlumata görə, mayın 6-da saat 09:00-dan işlər yekunlaşanadək yeni çəkilmiş qaz xətlərinin mənbəyə qoşulması və Binə qəsəbəsi ərazisində avtomobil yolunun yenidən qurulması, eləcə də genişləndirilməsi nəticəsində yolun tikinti sahəsinə düşən qaz xətlərinin təhlükəsiz əraziyə köçürülməsi işləri ilə əlaqədar Suraxanı rayonunun Əmircan qəsəbəsində, Sabunçu rayonunun Bakıxanov qəsəbəsində, həmçinin Xəzər rayonunun Binə və Qala qəsəbələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.
Qaynarinfo.az