Xəbər lenti

Sabah hava necə olacaq?
Ölkə07:17 09.04.2016

Sabah hava necə olacaq?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bazar günü, aprelin 10-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Qaynar.info-ya verilən məlumata görə, cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 7-9, gündüz 14-19, Bakıda gecə 7-9, gündüz 16-18 dərəcə isti olacaq.
Azərbaycanın dağlıq və dağətəyi rayonlarında yağış yağacağı ehtimalı var. Ayrı-ayrı yerlədə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 7-12, gündüz 19-24, dağlarda gecə 2-7, gündüz 12-17 dərəcə isti olacaq.
Qaynar.info