
Martın 11-də Bakı və Abşeron yarımadasında gecə və səhər bəzi yerlərdə duman olacağı, axşam yağış yağacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən xəbərə görə, havanın temperaturu Abşeron yarımadasında gecə 5-7 dərəcə isti, gündüz 9-14 dərəcə isti, Bakıda gecə 5-7 dərəcə isti, gündüz 11-13 dərəcə isti olacaq.
Martın 11-də Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir, yüksək dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi ehtimalı var. Ayrı-ayrı yerlərdə duman, şərq küləyi əsəcək. Havanın temperaturu Aran rayonlarında gecə 5-10 dərəcə isti, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə isti, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.
Qaynar.info