Xəbər lenti

Bu rayonlarda qaz olmayacaq
Ölkə06:14 04.03.2016

Bu rayonlarda qaz olmayacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakı şəhəri Nərimanov, Sabunçu, Binəqədi və Xəzər rayonlarınin  təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

"Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, diametri 300 mm-lik siyirtmənin təmiri, qaz xəttinin yerinin dəyişdirilməsi, yeni çəkilmiş, diametri 225 mm-lik orta təzyiqli qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi və istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə martın 4-də saat 10:00-dan  işlər yekunlaşanadək  Nərimanov rayonu Ə. Əliyev, T. Əliyev, C. Hacıbəyli, Azadlıq və Atatürk prospektlərində, Sabunçu rayonunun Ramanı, Savalan yaşayış massivi, Südçülük sovxozu və Şuşa qaçqın şəhərciyi ərazilərində, Binəqədi rayonunun 7 və 8-ci mikrorayonlarında, həmçinin Xəzər rayonunun Şüvəlan qəsəbəsinin  bir hissəsində  təbii qazın verilişində fasilələr yaranacaq.

Qaynar.info