Xəbər lenti

Bakı metrosunda HƏYƏCAN
Ölkə05:52 15.02.2016

Bakı metrosunda HƏYƏCAN

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Metronun "20 Yanvar" satnasiyasında sərnişinlər metropoliten işçiləri tərəfindən boşaldılıb.

Qaynar.info bildirir ki, "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev modern.az saytına faktı təsdiq edib. O bildirib ki, buna səbəb həmin istiqamətdə hərəkət edən qatarda baş verən nasazlıq olub:

""Dərnəgül"-"Həzi Aslanov" istiqamətində 28 saylı marşrut üzrə hərəkət edən qatarda nasazlıq olub. Bu səbəbdən də sərnişinlər "20 Yanvar" stansiyasında boşaldılıb, qatar depoya göndərilib. Qatarlardan biri çıxdığına görə interval artıb. Hazırda interval bərpa olunub. Heç bir problem yoxdur".

Qaynar.info