
Sabah Azərbaycanda bəzi yerlərdə yağış yağacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Qaynar.info-ya verilən məlumata görə, mayın 6-da Bakıda və Abşeron yarımadasında buludlu havanın üstünlük təşkil edəcəyi, əsasən gecə və axşam bəzi yerlərdə yağış yağacaq. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 8-13˚, gündüz 16-20˚ isti olacağı gözlənilir.
Mayın 6-da Azərbaycanın bölgələrində də arabir yağış yağacaq, şimşək çaxacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 7-12˚, gündüz 17-22˚, dağlıq ərazilərdə gecə 2-6˚, gündüz 7-12˚ isti olacağı gözlənilir.
Qaynar.info