Xəbər lenti

Sabah yağış yağacaq
Ölkə08:17 21.04.2015

Sabah yağış yağacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sabah bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Qaynar.info-ya verilən məlumata görə, aprelin 22-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, axşam arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyinin güclənəcəyi ehtimal olunur.

Havanın temperaturu gecə 5-8˚, gündüz 12-16˚ isti olacaq.

Aprelin 22-də Azərbaycanın rayonlarında bəzi şimşək çaxacağı, yağış yağacağı proqnozlaşdırılır. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu aran rayonlarında gecə 6-11˚, gündüz 15-20˚, dağlarda gecə 0-5˚, gündüz 8-13˚ isti olacaq.

Qaynar.info