Xəbər lenti

Sabah hava necə olacaq?
Ölkə09:41 23.03.2015

Sabah hava necə olacaq?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda nisbətən soyuq hava şəraiti davam edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Qaynar.info-ya verilən məlumata görə, martın 24-də Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 
Lakin axşama doğru bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Cənub-qərb küləyi əsəcək, arabir güclənəcək. Günün ikinci yarısı şimal-qərb küləyi ilə əvəzlənəcək, axşama doğru bəzi yerlərdə güclənəcək.
Bakı və Abşeron yarımadasında havanın temperaturu gecə 3-5, gündüz 8-11 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında martın 24-də bəzi yerlərdə yağış yağacaq, dağlıq və dağətəyi ərazilərdə sulu qar və qara keçəcək, bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək.
Aran rayonlarında havanın temperaturu gecə 0-5, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 2-7 şaxta, yüksək dağlıq ərazilərdə 10-15 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacaq.
Qaynar.info