Xəbər lenti

Sabah hava necə olacaq?
Ölkə09:10 20.03.2015

Sabah hava necə olacaq?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Martın 22-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Qaynar.info-ya daxil olan məlumata görə, səhər və axşam bəzi yerlərdə zəif duman. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-4° isti, gündüz 8-13° isti, Bakıda gecə 2-4° isti, gündüz 10-12° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 758 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək.Nisbi rütubət gecə 75-85 %, gündüz 50-55 % təşkil edəcək.
Azərbaycanın rayonlarında isə əsasən yağmursuz hava şəraiti müşahidə ediləcək. Lakin gecə və səhər bəzi şimal və şərq rayonlarında yağıntılı olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq, zəif şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 8-13° isti, bəzi yerlərdə 17°-dək isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, yüksək dağlıq ərazilərdə 8-13° şaxta, gündüz 3-8° isti, bəzi yerlərdə 12°-dək isti olacağı gözlənilir.
Qaynar.info