
Martın 10-da ölkə ərazisində hava yağmursuz keçəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Qaynar.info-ya verilən məlumata görə, martın 10-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, gün ərzində əsasən yağmursuz keçəcək. Cənub küləyi arabir güclənəcək.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 1-3 dərəcə, gündüz 8-12 dərəcə isti olacaq.
Martın 10-da Azərbaycanın rayonlarında da hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq, cənub küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu aran rayonlarında gecə 0-5, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 0-5, yüksək dağlıq ərazilərdə 12-17 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacaq.
Nazirliyin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun məlumatına görə, martın 11-də və 12-də də ölkə ərazisində havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Qaynar.info