Xəbər lenti

Bakı metrosunda ölüm
Ölkə09:56 06.02.2015

Bakı metrosunda ölüm

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün saat 13:00-da Bakı metrosunda ölüm olub.
Hadisə şahidlərinin publika.az-a verdiyi məlumata görə, "Memar Əcəmi" stansiyasında şəxsiyyəti naməlum olan bir nəfərin halı pisləşib. 
Hadisə yerinə təcili yardım çağırılsa da, həkimlər gələnə qədər o keçinib. İlkin məlumata görə, o, ürək tutmasından dünyasını dəyişib.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev publika.az-a açıqlamasında deyib ki, vəfat etmiş şəxsin kimliyi məlumdur: “Bu, təxminən 50 yaşında olan Rafiq Əhmədzadədir. Hadisə stansiyanın platformasında baş verib. O, iş yoldaşı ilə birlikdə platformaya daxil olub. Lakin gözlənilmədən səhhətində problemlər meydana çıxıb. Stansiyaya təcili yardım çağırılıb. Ölümün səbəbləri hələlik məlum deyil”.
Qaynar.info