Xəbər lenti

Bu rayonda qaz olmayacaq
Ölkə05:55 30.01.2015

Bu rayonda qaz olmayacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Səbail rayonunun Bayıl qəsəbəsi və 20-ci sahədə təbii qaz təchizatında məhdudiyyət olacaq.
“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Qaynar.info-ya verilən məlumata görə, 30 yanvar tarixində saat 10:00-dan işlər başa çatanadək Səbail rayonunun 20-ci sahə və Bayıl qəsəbəsinə təbii qazın verilişində fasilələr yaranacaq.
Fasilələrin yaranması diametri 325 mm-lik orta təzyiqli yeraltı qaz kəmərinin avtomobil keçidi hissəsində aşkar olunmuş qaz sızmasının ləğvi ilə əlaqədardır.
Qaynar.info