Xəbər lenti

Lukaşenko İlham Əliyevə zəng etdi - cəbhədəki vəziyyətə görə
Siyasət12:02 02.04.2016

Lukaşenko İlham Əliyevə zəng etdi - cəbhədəki vəziyyətə görə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycanın dövlət başçısı İlham Əliyevlə Qarabağ münaqişəsi zonasındakı vəziyyəti telefonla müzakirə edib. Bu barədə Belarus televiziyası məlumat yayıb.
“Dövlət başçıları baş verən hadisələri ətraflı müzakirə ediblər. Əliyev Lukaşenkonu hadisənin bütün təfərrüatları haqqında məlumatlandırıb”, deyə TV bildirib.
Qeyd olunur ki, Lukaşenko yaranmış vəziyyətlə əlaqədar narahatlığını bildirib.
Qaynar.info