Xəbər lenti

Türkiyədən daha bir Qarabağ AÇIQLAMASI
Siyasət17:41 03.04.2016

Türkiyədən daha bir Qarabağ AÇIQLAMASI

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
AK Parti Genel Başkan Yardımcısı Mehmet Ali Şahin, 12 Azerbaycan askerinin öldürülmesiyle ilgili olarak, “Biz Türkiye olarak Azerbaycan topraklarının Ermenistan tarafından işgal edildiğini biliyoruz ve Azerbaycan’ın yanındayız. Ama bir savaşta temenni etmeyiz Türkiye olarak” dedi.
Şahin, 12 Azerbaycan askerinin Ermeni askerlerince öldürülmesi ile ilgili soru üzerine Türkiye olarak Azerbaycan’ın yanında olduklarını söyleyerek, 
"Dağlıq Qarabağ məsələsi uzun illərdir bu bölgədə davam edən problemdir. O torpaqlar Azərbaycanındır və ermənilər tərəfindən işğal edilib". Qaynar.info xəbər verir ki, bu sözləri Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Mehmet Ali Şahin deyib.
Jurnalistlərin suallarını cavablandıran sabiq ədliyyə naziri ermənilərin Azərbaycan torpaqlarını tərk etməli olduğunu bildirib: "Beynəlxalq aləm Qarabağda sülhün bərqərar edilməsi üçün təşəbbüs göstərir. Təşəbbüskarlar torpaqların Azərbaycana verilməsi nəticəsində yaranacaq sülhün planını hazırlayaraq tərəflərə qəbul etdirmələri bölgədəki savaşa son qoyar. Azərbaycan birtərəfli atəşkəs elan edib, amma Ermənistan müharibəyə davam edir. Dünyanın heç bir bölgəsində problemlərin silah gücünə həll edilməsinin tərəfdarı deyilik. Burda da problemlərin silahsız, insanlar ölmədən həll edilməsini istəyirik. Amma biz Türkiyə olaraq Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edildiyini bilirik və Azərbaycanın yanındayıq".
Qaynar.info