Xəbər lenti

Dollar və avro ucuzlaşdı
Siyasət04:50 14.04.2015

Dollar və avro ucuzlaşdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda xarici valyutaların məzənnəsində dəyişiklik olub. Qaynar.info Mərkəzi Banka istinadən xəbər verir ki, 1 dollar 1,0537-dən 1.0514-ə qədər ucuzlaşıb. 
Avronun məzənnəsində də azalma qeydə alınıb. Belə ki, 1 avro 1.1161-dən 1.1106-ya qədər ucuzlaşıb. 
Rusiya rublunun kursunda isə əksinə, bahalaşma müşahidə edilib. İndi 1 rublun dəyəri 0.0197-dən 0.0202-yə qədər bahalaşıb. 
Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində, 1 avronun rəsmi məzənnəsi isə 1.19 AZN səviyyəsində müəyyən edilmişdi. O günə qədər ölkədə 1 dollar təxminən 0, 78 AZN idi.
Qaynar.info