Xəbər lenti

Rəsul Cəfərovun məhkəməsi təxirə salındı
Siyasət08:47 27.01.2015

Rəsul Cəfərovun məhkəməsi təxirə salındı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmədə hüquq müdafiəçisi Rəsul Cəfərovun məhkəməsi başlanıb. 

Bu barədə Musavat.com-a saytın əməkdaşı xəbər verib.

Onun sözlərinə görə, hakim Rəsul Cəfərovun ifadəsinin uzun çəkəcəyini və onu yarımçıq kəsmək istəmədiyini bildirərək prosesi təxirə salmağın məqsədəuyğun olduğunu bildirib. Hüquq müdafiəçisinin vəkillərinin yanında əyləşdirilməsi vəsatəti təmin olunub. Digər vəsatətlərin hamısı rədd edilib.

Daha sonra məhkəmə prosesi təxirə salınıb və 10 fevral saat 10:30-a təyin edilib. 

Qeyd edək ki, İnsan Haqları Klununun sədri R. Cəfərov ötən il avqustun 2-də həbs edilib. Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində ifadə verdikdən sonra ona qarşı Cinayət Məcəlləsinin qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittiham irəli sürülüb. Nəsimi Rayon Məhkəməsi tərəfindən onun barəsində həbs qətimkan tədbiri seçilib.

R. Cəfərov barəsində Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) və 313-cü (sənədləri saxtalaşdırma) maddələri ilə cinayət işi başlanıb.

Qaynar.info