Xəbər lenti

İlqar Məmmədovdan xəbər var
Siyasət07:32 21.11.2014

İlqar Məmmədovdan xəbər var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ReAL Hərəkatının sədri İlqar Məmmədov tibbi məntəqəsinə yerləşdirilib.

Qaynar.info-ya bu barədə məlumat ReAl Hərəkatından verilib.

Məlumatda deyilir: "ReAl Hərəkatının sədri, prezidentliyə keçmiş namizəd İlqar Məmmədov 2 saylı cəzaçəkmə müəssisəsinin tibbi məntəqəsinə yerləşdirilib.

İlqar Məmmədovun xəstələnməsi barədə vəkili Fuad Ağayev noyabrın 12-də məlumat vermişdi. Ancaq son üç gündə İlqar Məmmədovun səhhəti barədə heç bir məlumat yoxdur. Bu gün əldə etdiyimiz məlumata 

görə İlqar Məmmədov tibbi məntəqəsinə yerləşdirilib.

Yaranmış vəziyyətlə əlaqədar ReAl Hərəkatının İdarə Heyəti, İnsan Haqları Ombudsmanı aparatından və humanitar missiyasını nəzərə alaraq Qırmızı Xaç Cəmiyyətindən, nümayəndələrinin İlqar Məmmədovun yanına göndərməsini, onun durumu barədə ictimaiyyətə və yaxınlarına məlumat verməsini xahiş edir".

Elkin Xəlilov

Qaynar.info