Xəbər lenti

İlham Əliyev Vladimir Putinə başsağlığı verdi
Siyasət09:03 16.07.2014

İlham Əliyev Vladimir Putinə başsağlığı verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Prezident İlham Əliyev Rusiya Federasiyasının prezidenti Vladimir Putinə başsağlığı məktubu ünvanlayıb. Məktubda deyilir: "Hörmətli Vladimir Vladimiroviç, Moskva metrosunda qəza nəticəsində insan tələfatı haqqında xəbər məni dərindən kədərləndirdi.

Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, zərərçəkənlərin hamısının tezliklə sağalmasını arzu edirəm".

Qaynar.info