Xəbər lenti

Ömər Məmmədovun məhkəməsi təxirə salınıb
Siyasət12:18 13.06.2014

Ömər Məmmədovun məhkəməsi təxirə salınıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Həbsdə olan bloqçu Ömər Məmmədovun iyunun 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilməli olan məhkəməsi təxirə salınıb.

Vəkil Xalid Bağırovun “Media forum” saytına dediyinə görə, məhkəmənin təxirə düşməsinə Ömər Məmmədovun digər vəkili Əlayif Həsənovun prosesdə iştirak edə bilməməsi səbəb olub.

Proses iyunun 18-nə təyin edilib.

Vəkil qeyd edib ki, Ömər Məmmədov iyunun 13-də prosesdə iştirak etməsi üçün məhkəməyə gətirilmişdi: “Səhhəti yaxşıdır, şikayəti yoxdur”. Ömər Məmmədov Şimali Kipr Türk Respublikasında yerləşən Beynəlxalq Kipr Universitetinin tələbəsidir. Vətəndaş Həmrəyliyi Partiyasının üzvüdür. Əvvəllər “Nida”nın üzvü olub. 2013-cü ildə bir qrup gənclə “Axın” hərəkatını təsis edib.

Ömər Məmmədov 2014-cü il yanvarın 24-də Bakıda tutulub. İstintaqın məlumatına görə, onun üstündən 6 qram heroin götürülüb. Müdafiəçiləri isə Ömər Məmmədovun bloqçu fəaliyyətinə, ictimai-siyasi aktivliyinə görə tutulduğunu iddia edirlər.

Ömər Məmmədov Bakının Şüvəlan qəsəbəsindəki 3 saylı İstintaq Təcridxanasında saxlanır

Qaynar.info