Xəbər lenti

İlqar Məmmədovdan xəbər var
Siyasət19:13 05.06.2014

İlqar Məmmədovdan xəbər var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ReAl hərəkatının həbsdə olan lideri İlqar Məmmədovun kamerasını dəyişdiriblər. 

Qaynar.info xəbər verir ki, bu haqda məlumatı REAL-ın icraçı katibi Natiq Cəfərli verib.

Natiq Cəfərlinin sözlərinə görə, vəkil Fuad Ağayev təcridxanada İlgar Məmmədovla görüşüb: "İlqar yaxşıdı, hamıya salamı var.  Kamerasını dəyişib, daha geniş kameraya salıblar, amma yanına da 5 nəfər siqaret çəkən adam yerləşdiriblər. Təcridxanadan vəkilə bildiriblər ki, yaxın zamanda siqaret problemi həll olunacaq".

REAL Hərəkatının lideri İlqar Məmmədov 2013-cu ilin yanvar ayında İsmayıllı rayonunda baş vermiş hadisələrə görə həbs olunub. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il müddətinə azadlıqdan mərhum edilib. 

Elkin Xəlilov

Qaynar.info