
Azərbaycan nefti ucuzlaşıb.
Ötən gün "AzeriLight" markalı neftin bir barelinin qiyməti 1,88 dollar və ya 5,30% azalaraq 33,54 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 34,82 dollar olub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 31,48 dollar təşkil edib.
Qaynar.info